\
29 Mart 2024 - Cümə

Özünü Bakı aeroportunda öldürmək istədi

Özünü Bakı aeroportunda öldürmək istədi
1249baxış

Heydər Əliyev Beynəlxalq Hava Limanında intihara cəhd olub.

Hava limanı ərazisində Biləsuvar rayon sakini, 1983-cü il təvəllüdlü C.Quliyev qol damarlarını kəsib.

Kəsici alətlə özünə xəsarətlər yetirən şəxs xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.