\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ən iri zibil poliqonu yanır - Moskvada

Ən iri zibil poliqonu yanır - Moskvada
1557baxış

Moskvanın ən iri zibil poliqonu yanıb. Mediapress.az RİA Novosti-yə istinadən xəbər verir ki, Moskva vilayətinin Odinsovo rayonunda “Çastsı” adlı zibil poliqonunun 1 hektarı yanıb.  Moskva Aviasiya mərkəzinin Ka-32 A vertolyotu yanana əraziyə 100 ton su töküb.  

Xatırladaq ki, Moskvanın zibil problemi bir neçə dəfə yüksək səviyyədə müzakirəyə çıxarılıb. “Yadrovo” poliqonunda pis qoxuya görə fövqəladə vəziyyət elan olunub.