Dördüncü mərtəbədən yıxılan qadın sağ qaldı
1302
Sumqayıtda qadın dördüncü mərtəbədən yıxılıb.
APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
1992-ci il təvəllüdlü Hümbətli Türkan Qalib qızı yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.
Qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.