Britaniya səfiri "Atəşgah məbədi"ni ziyarət edib
1304
“Əbədi odlar diyarı Abşeron yarımadası həqiqətən qədim tarixə malikdir".
Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviterdə yazıb.
O, "Atəşgah məbədi"ni ziyarət etdiyini bildirib.
Eyni zamanda diplomat Azərbaycanın ilk zavodlarından birini gördüyünü və uşaqlarla futbol oynadığını qeyd edib.