Ana və 3 övladı dəm qazından zəhərləndi
1326
Biləsuvarda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.
Mediapress.az APA-ya istinadən xəbər ki, dəm qazından zəhərlənmə hadisəsi rayonun Aşağı Cürəli kəndində baş verib.
1985-ci il təvəllüdlü Günel Məmmədova və onun azyaşlı övladları – 2007-ci il təvəllüdlü Məleykə Məmmədova, 2015-ci il təvəllüdlü Arzu Məmmədova və 2012-ci il təvəllüdlü Rəvan Məmmədov dəm qazından zəhərləniblər.
Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.