\
22 Sentyabr 2024 - Bazar günü

Suriyada zəlzələdə ölənlərin sayı 3480-nə çatdı - Yenilənib

Suriyada zəlzələdə ölənlərin sayı 3480-nə çatdı - Yenilənib
1259baxış

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-nə çatıb.

Azı 3 min nəfər isə yaralanıb.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

 

***

10:06

 

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.

 
Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 
Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.
 
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
 
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.