\
25 Noyabr 2024 - Bazar ertəsi

Minlərlə insan onu övladlığa götürmək istəyir - FOTO

Minlərlə insan onu övladlığa götürmək istəyir - FOTO
1273baxış

Xəbər verdiyimiz kimi, Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dünyaya gətirib. Körpə xilas edilsə də, ana və ailənin digər üzvləri dünyasını dəyişib.

 
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qızcığazın vəziyyəti hazırda yaxşıdır.
Sosial şəbəkələrdə çox sayda insan Aya (Möcüzə) adı verilən körpəni övladlığa götürmək istədiyini bildirib. Bununla yanaşı, Ayanın müalicə aldığı xəstəxananın direktoru Attiah Khalidin sözlərinə görə, dünyanın dörd bir yanından körpənin övladlığa götürülməsi ilə bağlı minlərlə müraciət alıb.