\
25 Noyabr 2024 - Bazar ertəsi

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Kahramanmaraşa gedib

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Kahramanmaraşa gedib
1270baxış

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedib.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Kahramanmaraş şəhərində qaldığı ərazidə olub.

Daha sonra E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya baş çəkib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.