Xilasedicilərimiz 50 yaşlı qadını 120 saat sonra dağıntılar altından sağ çıxarıb
1267
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 50 yaşlı qadını 120 saat sonra sağ çıxarıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında aşkarlanan Fatma adlı qadın sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.