\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

“Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” yarışması başladı - Azərbaycan ordusunda

“Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” yarışması başladı - Azərbaycan ordusunda
1401baxış

Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı adı uğrunda yarış keçirilir

Mediapress.az xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.

Yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyən edilmiş normativləri yerinə yetirməsi bacarıqları yoxlanılır.
Nəticələrə əsasən heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyən ediləcək.