\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Yayın ilk günündə 85 cinayət faktı qeydə alındı - Rəsmi xronika

Yayın ilk günündə 85 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1507baxış

1 iyun tarixində 85 cinayət faktı qeydə alınıb. DİN-dən Mediapress.az-a verilən məlumata əsasən, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.