Zəlzələlərdə 18 jurnalist həyatını itirib
1283
Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən zəlzələdə 18 jurnalist həyatını itirib.
Bu barədə Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca məlumat yayıb.
Yılmaz Karaca zəlzələdən zərər çəkən Hatay, Kahramanmaraş , Adıyaman, Adana, Osmaniye və Şanlıurfaya səfər edib. Zəlzələ bölgəsində 4 günlük proqramdan sonra açıqlama verən TGF sədri “Çox böyük bir zəlzələ fəlakəti ilə qarşı-qarşıyayıq. Oradakı vəziyyəti sözlə ifadə etmək mümkün deyil. Zəlzələdə həmkarlarımızın və yaxınlarımızın itkisi bizi dərindən kədərləndirdi. Həqiqətən də böyük ağrılar çəkirik. Zəlzələdə həyatını itirən həmkarlarımıza və bütün vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alanlara isə şəfa diləyirəm”, - deyib.