\
21 Sentyabr 2024 - Şənbə

Ararat Mirzoyan bu gün Türkiyədə Mövlud Çavuşoğlu ilə görüşəcək

Ararat Mirzoyan bu gün Türkiyədə Mövlud Çavuşoğlu ilə görüşəcək
1260baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə səfər edəcək.

O, zəlzələdən zərər çəkmiş bölgələrdə fəaliyyət göstərən Ermənistanın axtarış-xilasetmə qrupunun üzvləri ilə görüşəcək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Ermənistandan Türkiyəyə humanitar yardımın ikinci partiyasının göndərildiyini bildirib.

“Dünən gecə saatlarda humanitar yardımın ikinci partiyası ilə yüklənmiş yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədindən keçib”, - Hunanyan tviterdə yazıb. ("Sputnik-Armeniya”)