Zəlzələdə 10 azərbaycanlı həlak olub
1609
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.