Zəlzələdə həlak olan gəncəli tələbə ilə vida mərasimi keçirilir - Foto
1324
ürkiyədə zəlzələdə həlak olan 21 yaşlı tələbənin nəşi Gəncəyə gətirilib.
"Unikal"ın məlumatına görə, Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə gətrilib. Onunla yaşadığı evdə vida mərasimi başlayıb. Daha sonra o, Gəncədə dəfn ediləcək.
Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman yöneticiliyi ixtisasında oxuyub. Malatya şəhəri Zafer mahelləsi Mehmet buyruq cadesi Hakim bey apartmanı ünvanında yaşayıb. 21 yaşlı tələbəmizin cənazəsi bu gecə Vətənə gətirilib.