Türkiyədə zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olunub
Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb
***
10.36
Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.
APA-nın yerli bürosunun məlumatına görə, Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.
Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.