\
25 Aprel 2024 - Cümə axşamı

Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb
1319baxış

Siyəzəndə avtoqəza nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində yaralananların 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci il təvəllüdlü Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu il təvəllüdlü İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vuqar Məhəmməd oğlu və 1978-ci il təvvəlüdlü Mustafayeva Xanım Nemət qızı olduğu məlum olub.

Belə ki, sözügedən qəzada ümumilikdə üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılarin müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Hadisə yerində zəruri istintaq tədbirləri görülür.