Rusiyada terror aktı planlaşdıran 2 nəfər öldürülüb
1339
Rusiyanın Kaluqa vilayətində kimya sənayesi müəssisəsində terror aktı planlaşdıran 2 nəfər öldürülüb.
APA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində məhv edilənlər Rusiyaya Orta Asiya respublikalarından gələn şəxslər olub.
Onların İŞİD terror təşkilatı ilə əməkdaşlıq etdikləri və törədəcəkləri terror aktından sonra Suriyaya getməyi planlaşdırdıqları məlum olub.