Pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib
Ötən gün axşam saatlarında Sabirabadın Axtaçı Muğan kəndində yerləşən pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.
Pambıq zavodunda yanğın söndürülən zaman FHN-nin tüstüdən zəhərlənən əməkdaşları bunlardır:
Güləliyev Arif Elçin oğlu - 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu (1999), İsayev Şamo Şakir oğlu (1990), Ağayev Elman Telman oğlu (1982), Axundzadə Nurlan Aydın oğlu (1991), Səmədov Rail Əflan oğlu (1982), Abdullayev Vüqar Əkbər oğlu (1988), Qubadov Vüsal Ramiz oğlu (1981), Teymurov Anar Şahin oğlu (1988), Nağıyev Əlimövsüm Adil oğlu (1982), Ağayev Ələsgər Möhlət oğlu (1984), Zeynalov Kənan Lazım oğlu (1995), Əliyev Murad Həsənağa oğlu (1986), Əsgərov Səftər Qəhrəman oğlu (1991), Vəliyev Rəşad Nəbi oğlu (1982), Zeynalov Şəmistan Namiq oğlu (1993), habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991), Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).
Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onların əksəriyyəti ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.