Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli əməkdaşı qurumu məhkəməyə verib?
1338
Etibarlı mənbələrdən Buguntv-yə daxil olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) azərbaycanlı əməkdaşlarından biri sözügedən qurumu məhkəməyə verib. Yerli əməkdaşın BQXK-ya qarşı qaldırdığı mülki iddia əmək müqaviləsi ilə bağlıdır.
Məsələyə aydınlıq gətirmək üçün BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ilə əlaqə saxladıq. Qurumun rəsmisi, "məndə ümumiyyətlə, bu barədə heç bir məlumat yoxdur", - deyə bildirdi. Onun sözlərinə görə, baş verən hadisənin BQXK-nın fəaliyyəti ilə əlaqəsi yoxdur.
Onu da deyək ki, yaxın günlərdə BQXK-ya qarşı mülki məhkəmə iddiası qaldırmış həmin yerli əməkdaşın kimliyini, onun sözügedən qurumda tutduğu vəzifəsini, məhkəmə prosesinin haqda məlumatları ictimaiyyətə çatdıracağıq.
Ümid edirik ki, bundan sonra BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifə borcundan dolayı təmsil etdiyi qurumun mövqeyi ilə bağlı geniş açıqlama verər.
Xatırlatmaq yerinə düşərdi ki, son günlər kütləvi informasiya vasitələrində BQXK-nın Azərbaycanın əleyhinə fəalliyyətləri haqqında çeşidli məlumatlar yayılmaqdadır.
Bütün bu neqativ proseslərin fonunda üstəgəl BQXK-nın öz yerli əməkdaşı tərəfindən də məhkəməyə verilməsi diqqətimizi çəkməyə bilməzdi. Mövzuya yenidən qayıdacağıq.
Bugun.tv