\
25 Noyabr 2024 - Bazar ertəsi

İran səfirliyə hücuma görə azərbaycanlıları ittiham etdi

İran səfirliyə hücuma görə azərbaycanlıları ittiham etdi
1443baxış
İrandakı molla rejiminə yaxın olan kütləvi informasiya vasitələri (KİV) Tehrandakı səfirliyimizə hücumu məişət zəminində cinayət kimi qələmə verməkdə davam edirlər.
 
Bakupost.az xəbər verir ki, nəvbəti dəfə bu iddia ilə Nour News saytının Teleqram kanalı çıxış edib.
 
Məlumatda qeyd olunur ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin Azərbaycandakı qohumları ona həyat yoldaşının səfirlikdə gizləndiyini bildiriblər:
"Bu, “psixoloji cəhətdən qeyri-sabit insanı” səfirliyə getməyə sövq edən əsas amil olub", - deyə məlumatda bildirilir.
 
Sonda Nour News “Niyə Bakı öz vətəndaşlarının şübhəli hərəkətləri ilə məşğul olmur?” deyə sual edib.