\
22 Sentyabr 2024 - Bazar günü

İstanbulda terror törədənlərdən biri məhv edildi - Video

İstanbulda terror törədənlərdən biri məhv edildi - Video
1355baxış
İstanbulun İstiqlal küçəsində törədilən terror aktının təşkilatçılarından biri - PKK/YPG terrorçusu Xəlil Menci Suriyanın şimal-şərqində məhv edilib.
 
Terrorçu Türkiyəyə məxsus pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürülüb.
 
Qeyd edək ki, ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. (bakupost)