\
21 Sentyabr 2024 - Şənbə

36 yaşlı şəxs itkin düşüb - Foto

36 yaşlı şəxs itkin düşüb - Foto
1342baxış

Bakıda 36 yaşlı kişi itkin düşüb.

1987-ci il təvəllüdlü Nəsrullayev Sultan Arif oğlu fevralın 24-ü 14:00 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.

Yaxınlarının məlumatına görə, onun əqli cəhətdən problemi var.

S. Nəsrullayev evdən çıxarkən əynində yaşıl rəngli üst geyimi, idman şalvarı və ayaqqabısı olub.

Faktla bağlı Xətai rayon 34-cü polis bölməsində araşdırma aparılır.

Həmin şəxsi görənlərdən (055) 852 41 86 mobil nömrəsinə zəng etmələri xahiş olunur.