\
21 Sentyabr 2024 - Şənbə

Lavrov Azərbaycana gəldi

Lavrov Azərbaycana gəldi
1326baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

"Qafqazinfo"  TASS-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Sergey Lavrov fevralın 27-28-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Qeyd edək ki, Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.