Metroda qatar niyə yubanıb? - Rəsmi açıqlama
1375
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Mediapress.az-ın sorğusuna cavab olaraq bildirib .
Onun sözlərinə görə, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.