\
25 Aprel 2024 - Cümə axşamı

"Ümid ilə gəl" verilişində gözlənilməz hadisə! - Analiz nəticələri açıqlandı - VİDEO - FOTOLAR

"Ümid ilə gəl" verilişində gözlənilməz hadisə! - Analiz nəticələri açıqlandı - VİDEO - FOTOLAR
1598baxış

"MTV Azərbaycan" kanalında yayımlanan “Ümid ilə gəl” verilişinin bugünki buraxılışında gərgin anlar yaşanılıb. Belə ki, Yardımlı rayon sakini Saleh Şamilov öz həyat yoldaşı Sevanənin bir neçə dəfə müxtəlif kişilərdən hamilə qaması və dəfələrlə evdən qaçması ilə ittiham edib. Saleh veriliş zamanı bildirib ki, Sevanənin qardaşı Mahir ona zəng edərək, iki azyaşlı qız övladının təhlükədə olduğunu açıqlayıb. Mahirin Salehə dediklərinə görə, uşaqlar babası tərəfindən fiziki və psixi zorakılığa məruz qalır. Salehin "Ümidlə gəl" verilişindən istəyi isə məhz buna görə Sevanəni analıqdan məhrum etmək, həmçinin, övladlarını babası Nasimdən uzaq tutmaqdır. 

Canlı efirdə yaşanan gərgin anlar hələ də davam etməkdədir. Narkotika aludəçisi olduğu deyilən Salehin analizlərinin cavabları studiyaya gətirildi! 

Əlavə edək ki, Tarix Əliyevin aparıcısı olduğu verilişdə eskpertlər qismində Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, jurnalist Tahirə Məmmədqızı, Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva, ailə problemləri üzrə sosial-ekspert Zaur Quliyev iştirak ediblər.

Qeyd edək ki, “Ümid ilə gəl” verilişi həftə içi hər gün saat 12.00-da MTV Azərbaycan" kanalında yayımlanır.

Ümidi hər yerdən kəsilənlər, siz də problemlərinizin həlli üçün “Ümid ilə gəl” verilişinə qatıla bilərsiniz.

Mediapress.az