Kişi, oğlu və 18 yaşlı gəlini dəm qazından boğulublar
1353
Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü oğlu Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq vəfat ediblər.
Onların Sulutəpə qəsəbəsi 12-ci döngədə yerləşən nömrəsiz evdə kirayə yaşadıqları məlum olub.
Araşdırma aparılır.