\
25 Noyabr 2024 - Bazar ertəsi

Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən atdı

Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən atdı
1369baxış

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.

Orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən  cavab olaraq bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir. (qafqazinfo)