Zirəddin Rzayevə vəzifə verildi!
1424
Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya Federasiyasının Dovlət Dumasının Millət Vəkilinin köməkçisi təyin olunub.
Mediapress.az-ın məlumatına görə, ekstrasens artıq bir neçə illdir ki, Rusiya Federasiyası İctimai Palatanın komissiya üzvü olaraq öz İctimai fəaliyyətini davam etdirir.
Öz təhsili, savadı və nitqi ilə digərlərindən fərqlənən Zirəddin Rzayev təkcə bununla kifayətlənməyərək ictimai, siyasi və dövlət işləri üzrə də sosial status alıb.
Həmyerlimizə uğurlar arzulayaraq ölkəmizi və xalqımızı layiqincə təmsil etməsini diləyirik. Uğurları bol olsun!
Könül Aypara