\
19 Mart 2024 - Çərşənbə axşamı

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
1398baxış

Azərbaycanda martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.