\
19 Mart 2024 - Çərşənbə axşamı

İnternat məktəbində xeyriyyə tədbiri keçiilib - FOTOLAR

İnternat məktəbində xeyriyyə tədbiri keçiilib - FOTOLAR
2643baxış
Azərbaycan Braziliya Ciu-citsu Federasiyası və Bakı Baş Mədəniyyət İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin birgə təşəbbüsü və xeyirxah insanların dəstəyilə 8 nömrəli İnternat məktəbində Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri təşkil edilib. Mediapress.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov, mədəniyyət evinin əməkdaşları, digər nümayəndələr və qonaqlar uşaqlarla görüşərək onların bayramını təbrik edib, birlikdə əyləniblər. Aqil Acalov öz növbəsində kimsəsiz uşaqların daim birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti ilə dövlətimiz tərəfindən diqqətdə saxlanılmasından, yaradılan şəraitdən danışaraq eyni zamanda onların hər kəs tərəfindən dəstəklənərək diqqətdə saxlanmasının vacib olduğunu qeyd edib. O, bildirib ki, bu cür sosial layihələr Federasiyanın illik fəaliyyət planına daxil olmaqla silsilə şəkildə təşkil edilir və ediləcəkdir. Daha sonra tədbir Novruz bayramının personajları olan Keçəl və Kosanın səhnəcikləri, müğənnilərin çıxışları ilə əyləncəli şəkildə davam edib.