Bakıda 13 yaşlı qız növbəti dəfə evdən qaçdı
1507
Bakıda yeniyetmə qız növbəti dəfə itkin düşüb.
Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yaşayan 1988-ci il təvəllüdlü A.Musayeva (soyadlar şərti) 5-ci Polis Bölməsinə müraciət edərək 2010-cu il təvəllüdlü qızı T.Musayevanın martın 15-də evdən çıxaraq itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, qızı həmin gün saat 12:30 radələrində yaşadığı evi tərk edərək gedib. O, övladının fotosunu polisə təqdim edib.
Qeyd edək ki, 13 yaşlı qızın daha əvvəl də evdən qaçıb başqa ünvanlarda qalması faktı müəyyən edilib.