Bakının mərkəzində suyun verilməsində məhdudiyyət olacaq
1485
Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar martın 17-də gün ərzində Bakı şəhəri Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.