\
19 Mart 2024 - Çərşənbə axşamı

Dilarə Əliyeva evə buraxıldı

Dilarə Əliyeva evə buraxıldı
1329baxış

Ötən gün həyat yoldaşı Oqtay Əliyevlə birgə avtomobil qəzasına düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, qəzada həlak olan resjissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək.

Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.