\
25 Noyabr 2024 - Bazar ertəsi

Köçəryan müalicə üçün Almaniyaya getdi

Köçəryan müalicə üçün Almaniyaya getdi
1356baxış

Ermənistanın sabiq Prezidenti Robert Köçəryan müalicə almaq üçün Almaniyaya gedib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb .

Bununla belə, Köçəryanın yaxınlarının sözlərinə görə, onun səhhətində ciddi problemlər yoxdur. 

Qəzet yazır ki, keçmiş Prezident siyasi mübarizədən yorulub və bir neçə ay ölkə xaricində vaxt keçirməyə qərar verib. Maraqlıdır ki, o, yanvarın sonundan bu yana barəsində başladılan cinayət işi çərçivəsində keçirilən məhkəmə iclaslarında iştirak etməyib. Köçəryan külli miqdarda rüşvət almaqda ittiham olunur.