\
19 Mart 2024 - Çərşənbə axşamı

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb
1289baxış

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Mediapress.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.