Qrıza 20 sm qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yağıntılar aprelin 2-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, 3-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qrızda 20 sm, Lerikdə 4 sm olub.
Külək: Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.
Duman: Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.
Havanın temperaturu: aprelin 2-də Bakıda iqlim normasından 2.2° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7°isti olub.