\
25 Noyabr 2024 - Bazar ertəsi

ABŞ İŞİD-in liderlərindən birini qətlə yetirib

ABŞ İŞİD-in liderlərindən birini qətlə yetirib
1255baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 3-də Suriyada İŞİD-ə zərbə endirib.

Mərkəzi Komandanlığın məlumatına görə, zərbə nəticəsində terror qruplaşmasının ali liderlərindən olan Xalid Ayd Əhməd əl-Caburi öldürülüb.

Məlumatda bildirilib ki, əl-Caburi Avropada terror hücumları planlaşdırılmasına görə məsuliyyət daşıyıb.

Vurğulanıb ki, onun öldürülməsi terror təşkilatının xarici hücumlar təşkil etmək qabiliyyətini müvəqqəti zədələyəcək.

“CENTCOM-un tərəfdaş qüvvələrlə birlikdə İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam edir. CENTCOM İŞİD təhlükəsinin məğlub edilməsinə sadiqdir”, - deyə mərkəzin tvitində bildirilib.(apa)