\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

24 yaşlı oğlan su kanalında batıb - Samuxda

24 yaşlı oğlan su kanalında batıb - Samuxda
1527baxış

Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur.

FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Mediapress.az