\
25 Noyabr 2024 - Bazar ertəsi

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
1277baxış

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 3 yük avtomobili Xankəndidən Laçın, 2 yük maşını isə əks istiqamətinə maneəsiz hərəkət edib.

Bundan əvvəl isə 3 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 16-ya çatıb.