\
21 Sentyabr 2024 - Şənbə

Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı

Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı
1249baxış

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 399 nəfərə çatıb.

 

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. 

Onun sözlərinə görə, həlak olanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Soylu qeyd edib ki, ölənlərin sayının az açıqlanması ilə bağlı iddialar spekulyasiyadır.