\
25 Noyabr 2024 - Bazar ertəsi

İranda hicabsız qadınlar ictimai nəqliyyata BURAXILMIR

İranda hicabsız qadınlar ictimai nəqliyyata BURAXILMIR
1279baxış

İranda məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir. 

Məlumata görə, İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb. 

Həmçinin sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.