\
25 Noyabr 2024 - Bazar ertəsi

Mahnı mətnlərindəki qüsurlar açıqlanıb

Mahnı mətnlərindəki qüsurlar açıqlanıb
1270baxış

Mahnılarımızda dilin tətbiqi çox vaxt arxa plana keçir.

APA xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin "Mahnılarımız monitorinq aynasında" adlı tədbirdə çıxışı zamanı deyib.

Direktor mahnı mətnlərindəki xətalara diqqət çəkib: "Mahnı mətnlərində kifayət qədər leksik və qrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur. Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür".

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktorunun müavini dosent Gülarə Əmirova isə mahnılarımızda hind, ərəb, yəhudi və digər ritmlərin müşahidə olunmasının adi hala çevrildiyini diqqətə çatdırıb.

O, xarici boğaz və yad çalarlardan istifadənin milli musiqinin inkişafına maneə adlandırıb.