\
25 Noyabr 2024 - Bazar ertəsi

Naxçıvanda 3 yaşlı uşaq mismar udub

Naxçıvanda 3 yaşlı uşaq mismar udub
1309baxış

Naxçıvanda 3 yaşlı uşaq mismar udub.

Hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Əlisoy Əli Ceyhun oğlu evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir. (apa)