\
25 Noyabr 2024 - Bazar ertəsi

Türkiyənin Gül Bağı - Foto

Türkiyənin Gül Bağı - Foto
1540baxış

Mədəniyyəti, iqtisadiyyatı, tarixi zənginlikləri və təbii gözəllikləri ilə Türkiyənin və Göllər Bölgəsinin ən məşhur şəhərlərindən biri olan Isparta, gül və lavanda qoxuları ilə uzun müddətdir axtardığınız hüzurutapmağınıza imkan yaradacaq.

Mediapress.az xəbər verir ki, Türkiyənin Gül Bağı olaraq bilinən Isparta, son illərdəşöhrətinə lavandanı da əlavə etdi. Isparta, bənövşəyi lavanda dənizini görməyə və bu gözəlliyin şəklini çəkməyə gələn minlərlə ziyarətçini böyük qonaqpərvərliklə qarşılayır.

Gül, lavanda və alma bağları ilə rəngarəng xəyal dünyası təqdim edən Ispartada hüzur və həyəcanı eyni anda yaşayacaqsınız.

İsparta gülü

100 ildən artıq Ispartada istehsal olunan gül dünyanın gül yağı ehtiyacının 60%-ni qarşılayır. Gönen rayonunun Güneykent Qəsəbəsi, Keçiborlu rayonununŞenir qəsəbəsi və Eğirdir rayonunun Kılıç, Ardıçlı, Gülköy və ətraf kəndləri ilə Sorkuncak Kəndi; güllərin intensiv becərildiyi ərazilər arasındadır. Bu yerlərə gələn ziyarətçilər budaqlardan gül qopara, ənənəvi və müasir gül yağının hazırlanması proseslərinə baxa, güldən hazırlanmış kosmetika və qida məhsullarınıəldə edə bilərlər.

Lavanda

Keçiborlu rayonunun Kuyucak kəndində yetişdirilən lavanda adını son illərdə eşitdirməyə başlayıb. Lavandadan əldə edilən yağ əsasən kosmetika sənayesində istifadə olunur. Digər lavanda məhsulları arasından lavanda suyunu, lavanda çayını, lavanda balını, lavanda sabununu və qurudulmuş lavandanı sadalamaq olar. İyun ayının ortalarında başlayan və iyul ayının ortalarına qədər davam edən çiçəkləmə dövründə bənövşəyi rəngə boyanmış bağlar Türkiyədən və xaricdən gələn fotoqrafların diqqətini çəkir. Bundan əlavə, avqustun ortalarında başlayan məhsul yığımı dövrünü də görməyə dəyər.

Kızıldağ Milli Parkı

Şarkikaraağaç rayonundan 5 km cənubda, 1840 metr yüksəklikdə yerləşən milli park mavi sidr meşələri ilə örtülüdür. Parkın cənubunda Beyşehir gölü yerləşir. Bol oksigenli təmiz havası olan park tənəffüs xəstəlikləri problemi yaşayan şəxslərin sevimli məkanına çevrilib.