\
21 Sentyabr 2024 - Şənbə

Uğurlu adamların uğurlu layihəsi - AZXEBER.COM 13 yaşını qeyd edir

Uğurlu adamların uğurlu layihəsi - AZXEBER.COM 13 yaşını qeyd edir
1366baxış

Bu gün Azxeber.com informasiya portalının 13 yaşı tamam olur.

Portal 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Saytın sosial şəbəkələrdəki hesabları da olduqca aktivdir.

Xatırladaq  ki, portal gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

Mediapress.az kollektivi olaraq uğurlu adamların uğurlu layihəsini təbrik edirik!