\
25 Noyabr 2024 - Bazar ertəsi

Aftandil İsrafilovun vəziyyəti ağırdır - "Reanimasiyadadır"

Aftandil İsrafilovun vəziyyəti ağırdır - "Reanimasiyadadır"
1329baxış

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

 
Bakupost.az bildirir ki, bu barədə sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.
 
"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.