\
29 Mart 2024 - Cümə

“Bu gün tv” 1 yaşını qeyd edir

“Bu gün tv” 1 yaşını qeyd edir
1404baxış

Onlar bir il əvvəl ilk və dəqiq xəbər mənbəyi olmaq üçün yola çıxdılar. Ötən ilin iyul ayında ölkə mediasının inkişafina dəstək məqsədi ilə qrup olaraq Əməkdar Jurnalist Elnarə Dərziyevanın təsis etdiyi “Bu gün TV” Media Tədris Mərkəzinin fəaliyyətinə başladı.               

        
Xatırladaq ki, bu yalnız bir televiziya deyil, ümumilikdə, ölkədə və dünyada baş verənlərdən operativ xəbər almaq istəyən oxucular üçün qərəzsiz, inamlı, vicdanlı bir media qrumudur. “Bu gün TV” jurnalist etikasının bütün kriteriyalarını özündə cəmləşdirən media qurumudur.


Bu bir il ərzində “Bu gün TV” bir informasiya agentliyi olaraq işgüzar və həvəsli komandası ilə medianın inkişafına təkan vermək uğrunda çalışıb. 

Mediapress.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!