\
25 Noyabr 2024 - Bazar ertəsi

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı - Qərar

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı - Qərar
1372baxış

Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib.

Bu barədə səfirlik məlumat yayıb.

“Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib”- rəsmi müraciətdə deyilir.