\
25 Noyabr 2024 - Bazar ertəsi

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb
1337baxış

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb.

APA xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri yazıb.

Qeyd olunub ki, ölkədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik şəxslərin Türkiyədə 14 mayda keçiriləcək prezident və 28-ci çağırış parlament seçkilərində səs verməsi üçün səhər saat 08:00-dan etibarən səsvermə prosedurları başlayıb.

Xatırladaq ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5-6-7 may 2023-cü il tarixlərində saat 09:00-21:00 arası 3 məntəqədə - Bakıda səfirliyin, Gəncə və Naxçıvanda isə konsulluqların binalarında qurulacaq seçki qutularında səs verə biləcəklər.